Məryəm surəsinin 17-18-ci ayələrində bildirildiyi kimi Cəbrail (əs) insan surətində Hz. Məryəmin (əs) yanına gəlmiş, Hz. Məryəm onu tanıya bilməmiş, hətta: "Səndən Allaha sığınıram", - demişdir. Buradan iki nəticə çıxır; birincisi odur ki, mələklər insan surətinə bürünə bilərlər. İkincisi, həmin zaman onların mələk olduğu hiss edilməz. Çünki bu zaman onların mələk olduğu hiss esilsə idi, Hz. Məryəm yanına gələnin Cəbrail olduğunu bilər və Allaha sığınmazdı.“Ölüm mələyi Musanın yanına göndərildi. Yanına çatdıqda, Musa ona bir yumruq atdı (gözünü kor etdi) və Rəbbinə geri qayıdıb: “Məni ölümü istəməyən birinin yanına göndərmisən”, - deyərək şikayət etdi. Uca Allah çıxan gözünü yenidən ona verdi və: “Get əlini bir öküzün belinə qoymasını de, əlinin altındakı hər tük üçün ona bir illik ömür veriləcək", - dedi. Mələk gəlib vəziyyəti bildirdikdə, Musa soruşdu: “Sonra nə olacaq, ey Rəbbim?” Uca Allah isə: “Sonra öləcəksən”, - buyurdu. Bundan sonra Musa: “Bir halda ki, sonda ölüm var, o zaman elə indi ölüm”, - deyib Uca Allahdan onu müqəddəs məkana bir daş atılacaq məsafə qədər yaxınlaşdırmasını istədi. (Bunu çatdıran) Rəsulullah isə buyurdu: “Orada olsaydım, yol kənarında qırmızı qum təpəciyinin yanındakı məzarını sizə göstərərdim”. (Buxari, Cənaiz, 23; Muslim, Fədəil, 43)
İndi yuxarıdakı hədisi təhlil edək:
1. Hz. Musa (Hz. Məryəm kimi) gələn mələyi tanımayıbsa, deməli, o, insan cildinə giribmiş. Çünki mələk surətində gəlsə idi, Hz. Musa onu dərhal tanıyardı.
Canını almaq üçün üzərinə gələn tanımadığı birindən qorunmaq, özünü müdafiə etmək üçün Hz. Musanın yumruq vurması normal qarşılanmalıdır. Necə ki Hz. Məryəm özünü qorumaq üçün Allaha sığınmışdı.
Canını yad birindən qorumaq üçün atılmış bu yumruğun şiddəti ilə də, həmin insanın gözü çıxa bilər. Burada heç bir anormal hal yoxdur.
Qeyd etmək lazımdır ki, gözü çıxan Əzrail yox, Əzrailin büründüyü insan obrazıdır.
2. Mələklər Allah bildirmədikcə qeybi bilməzlər. Bu səbəblə Əzrail (əs) atılan yumruğun səbəbinin Hz. Musanın onu tanıya bilməməsi yox, Musanın (əs) ölümü istəməməsi olduğunu düşünə bilər. Bu da kifayət qədər normal haldır.
Görünür ki, Allahın Əzraili insan surətində göndərməsinin səbəbi ilk dəfədən Hz. Musanın canını almaq olmamışdır. Bunun hikmətlərindən biri hədisdəki dialoqu yaşatmaq, hədisin "Bir halda ki, sonda ölüm var, o zaman elə indi ölüm" hissəsindəki ibrətamiz fikri - insanın nə qədər yaşasa da, fani olduğunu çatdırmaq ola bilər. Çünki Hz. Musanın canını ilk dəfədən almaq istəsə idi, Əzraili həqiqi surətində göndərərdi.
Əlavə məlumat üçün tıklayın:
Hz. Musa'ya gelen ölüm meleğine Hz. Musa'nın tokat atmasının hikmetini anlatır mısınız?