20 Mart, 2018

Hədisləri İnkar Edənlərə Quran Ayələri İlə Cavablar!

Hədisləri inkar edənlər İslam dininin bir çox önəmli məsələlərini rədd etməkdədirlər. Onlar guya Quran ayələri ilə bir çox İslam ayininin uydurma olduğunu isbat edir. Əslində, onların düzgün əsaslandırmadan rədd etdiyi  bir çox məsələlərə Quranda da işarət edilmişdir. 

Bu saytda hədisləri inkar edənlər tərəfindən ortaya atılmış bir çox iddialara cavab tapa biləcək, olmadığı iddia edilən Qurandan əlavə möcüzələrin olduğunu, gəlməyəcəyi iddia edilən Hz. İsanın (əs) gələcəyini anlayacaqsınız.

Təbii ki, belə iddiaları cavablamağa qadir olanlar cavablaya biləcəkdirlər. Bu iddiaları cavablaya bilməyən müsəlmanların daha vacib bir işi var: Onlar həm bu saytdaki məlumatları yaxşıca oxumalı, həm də başqaları ilə paylaşıb onları da xəbərdar etməlidirlər.

QEYD: Bizim işimiz konkret insanlarla yox, yanlış düşüncələrlə mübarizə aparmaqdır. 

Bu səbəbdən, bir hədis inkarçısına söymək sadəcə olaraq Əhli Sünnətin adına ləkə çıxaracaqdır.

"Mömin dil uzadan deyildir, lənət oxuyucu deyildir, pis iş görən deyildir, pis söz deyən deyildir." (Tirmizi, Qadir, 1978). 
Eyni zamanda saytdakı yazılarda ancaq Əhli Sünnət alimlərinin görüşünə yer verilməsi məzhəblərarası qarşıdurma yaratma məqsədi ilə deyildir. Məqsəd Əhli Sünnət alimlərinin aşağıdakı məsələlərlə bağlı görüşlərini bildirmək üçündür. 

 Hədisləri, Şəfaəti, Meracı və s. İnkar Edənlərə Cavablar:
  1. İslamda Ənənəvi Din Anlayışı Nədir? Ənənəvi Din Anlayışına, Yəni Min Dörd Yüz İllik İslam Əqidəsinə Zidd Fikirlərin Haqlılıq Payı Ola Bilərmi? Quranda Ənənəvi Din Anlayışına Müxalifət Etməmək Əmr Edilibmi?
  2. Hədislər Uydurmadırmı? Güvənmək Olarmı? Hədisləri Rədd Edənlər Hansı Ayələri İnkar Etməkdədirlər?
  3. İslamda Peyğəmbərimizin Günahkar Müsəlmanlara Şəfaəti Vardırmı?
  4. İslamda Peyğəmbərlərin Günahsızlığı Vardırmı?
  5. İslamda Hz. İsanın (əs) Zühur Etməsinə İnam Vardırmı?
  6. İslamda Peyğəmbərə Qurandan Əlavə Verilmiş Möcüzələr Vardırmı?
  7. İslamda Təvəssül (Bir Şəxsi Vəsilə Edərək Dua Etmə) Vardırmı?
  8. İslamda Qəbir Əzabı Vardırmı?
  9. İslamda Əşyadan Bərəkət Ummaq Vardırmı? Peyğəmbərin Əşyaları, Saçı, Saqqalı Mübarəkdirmi?
  10. İslamda Hz. Mehdinin (əs) Zühur Etməsinə İnam Vardırmı?
  11. İslamda İmtiyazlı Təbəqə Olan Seyidlik Vardırmı?
  12. İslamda Azyaşlılarla Evliliyə İcazə Vardırmı? Rəsulullah Hz. Aişə ilə Onun Neçə Yaşı Olanda Evlənmişdir?
  13. İslamda Ölüyə Oxunan Quranın Ona Fayda Verəcəyinə İnam Vardırmı?  
  14. İslamda Sehr və Cadunun Mövcudluğuna İnam Vardırmı?
  15. İslamda Məzhəblərdən Birinə Tabe Olmaq Vacibdirmi?
  16. İslamda Merac Möcüzəsi Vardırmı?
  17. İslamda Kişilərə Cənnətdə Huri Verilməsi Vardırmı?
  18. İslamda Rəcm - Daşqalaq Cəzası Vardırmı?
  19. İslam Dinində Oğrunun Əlinin Kəsilməsi Əmr Edilirmi?
  20. İslamda Siğə Vardırmı?
  21. Sual-Cavab Şəklində Bir Sıra Hədis-i Şəriflərin Açıqlamaları və Müxtəlif Mövzulara Dair İzahatlar... 
Heç bir maddi mənfəət gözləmədən hədisləri inkar edənlərə qarşı yazılar hazırlayırıq. Bunun qarşılığında sadəcə bizə dua etmənizi və bu videonu sosial medya hesablarınızda paylaşıb dostlarınızı xəbərdar etməyinizi xahiş edirik.

Suallarınızı birsualbircavab@gmail.com adresindən bizə göndərə bilərsiniz. Suallarınız gec cavablana bilər. Lakin cavabları gec də olsa, buraya əlavə olunacaqdır.


Məqalələr hazırlanarkən istifadə olunmuş əsas mənbələr Sorularla İslamiyet saytı, Ehli Sünnet İnancı saytı, Seyrangah TV saytı və İhvanlar saytı, Ravza-i Mutahhara kanalı, TDV İslam Ansiklopedisi olmuşdur.