Bu tip sualların sayını artırmaq mümkündür. Bəzi insanlar israrla dinin tək mənbəyinin Quran olduğunu, Quranda qadınların heyz hallarında ibadət etməsini qadağan edən bir ayənin olmadığını, bu səbəblə də qadınların heyz hallarında ibadət edə biləcəklərini deyirlər.
Bu məsələyə aydınlıq gətirmək üçün dinin mənbəyinin təkcə Quran olduğunu, yoxsa hədislərin də dində bir mənbə olduğunu bilmək lazımdır.
Dinin mənbəyi nədir?
Tövbə surəsinin 29-cu ayəsində belə buyurulmuşdur: "Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Rəsulunun haram haram etdiyini haram saymayan və haqq dini qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun".
Ayədə müsəlmanlara bəlli qruplarla müharibə aparmaq əmr edilmişdir. Bu qruplardan biri də Allahın və Rəsulunun haram etdiyini haram saymayanlardır.
Ayənin bu (وَلاَ يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ) hissəsində iki şeydən bəhs edilir:
Digər bir dəlili də paylaşaq:
Casiyə surəsinin 18-ci ayəsində belə buyurulmuşdur: "Sonra səni dində şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!"
Ayədə Peyğəmbərimizə bir şəriətin verilməsindən danışılır. Şəriət Allahın insanın hərəkətlərini düzəltmək üçün qoyduğu qanunlara deyilir. Müasir hüquq sistemində hər cinayət və onun bir cəzası necə bildirilirsə, eyni şəkildə də şəriətdə də ilahi əmrlər, yanlış işlər və onlara müqabil veriləcək cəzalar bildirilir.
Casiyə surəsinin 18-ci ayəsindən bu sual yaranır: Rəsulullaha verilmiş bu şəriət haradadır?
Əsla: "Bu şəriət Qurandadır", - deməyin. Çünki Quranda şəriətə dair həm az sayda hökm var, həm də mövcud hökmlər yetəri qədər açıqlanmayıb.
Məsələn, Quranda oğrunun əlinin kəsilməsindən danışılır. Lakin bu haqda ətraflı məlumat verilmir, əl kəsməyə səbəb olacaq oğurluq dərəcəsindən danışılmır. "Mağazadan bir konfet oğurlayanın da, bir bankı yaranın da cəzası eynidir - əl kəsməkdir?" sualına cavab verilmir.
Və ya içki içmənin qadağan olduğu xəbəri verilir, lakin içki içənin cəzasından danışılmır. Zəkat vermək əmr edilir, lakin hansı mallardan və nə qədər zəkat veriləcəyi barədə məlumat verilmir və s.
Buradan aydın olur ki, Rəsulullaha verilmiş bu şəriət Quranda yer almayıb. Bəs haradadır? Əlbəttə ki, hədis-i şəriflərdədir.
Deməli, Casiyə surəsinin 18-ci ayəsi həm Rəsulullaha verilmiş şəriət hökmlərinin qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir. Əksini iddia edib hədisləri inkar etmək Casiyə, 45/18 ayəsində bildirilmiş şəriətin böyük bir qismini inkar etmək olar.
Göründüyü kimi hədislər də dinin mənbəyidir və hədislərdə qadağan olunmuş şeylər də haramdır!
Quran vəhydir, Allahın sözləridir. Hədislər isə vəhy deyil. Hədislər necə dinin mənbəyi ola bilər?
Bu düşüncə yanlışdır. Peyğəmbərimizə Qurandan əlavə vəhylər də gəlmişdir. Hətta Quranda da Peyğəmbərimizə Qurandan əlavə vəhylərin gəldiyinə dair dəlillər var. Gəlin Təhrim surəsinin 3-cü ayəsi üzərində bir təhlil aparaq:
Qurana baxdığımız zaman: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir ayəyə rast gəlmirik. Belə bir vəhyin gəldiyi də Təhrim, 66/3 ayəsi ilə sabitdir. O halda bu məlumat Peyğəmbərimizə Quran xaricində bir vəhylə bildirilmişdir.
Deməli, Allah Peyğəmbərimizə bir sıra qeybə dair olan məlumatları Qurandan əlavə vəhylərlə də bildirib. İstanbulun fəthini xəbər verməsi, Qiyamət əlamətlərini bildirməsi və s. bu qəbildəndir.
Burada bir sual yaranır: Allah Qurandan əlavə göndərdiyi vəhyləri də Quran kimi qorumuşdur?
Bu vəhylərin qorunmadığına dair Quranda bir dəlil olmamaqla birlikdə, əksinə qorunduğuna dair işarələr vardır. Belə ki, "Zikri Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 15/9) ayəsində qorunacaq şeyin vəhy edilmiş Quran yox, vəhy edilmiş zikr olduğu bildirilir. O halda Allahın Peyğəmbərimizə bütün vəhy etdiklərinin zikr kateqoriyasına daxil ola biləcəyini desək, yanlış olmaz. Belə olduqda, Qurandan əlavə göndərilmiş vəhylərin də Allah tərəfindən qorunduğu nəticəsi çıxır.

- مَا حَرَّمَ اللَّهُ - Allahın haram etdiyi şeylər
- وَرَسُولُهُ - Rəsulunun haram etdiyi şeylər
Allahın haram etdiyi şeylər Quranda yer almışdır. Bəs Rəsulunun haram etdiyi şeylər harada yer almışdır? Ağlınıza hədis-i şəriflərdən başqa yer gəlirmi?
Burada bəziləri çıxıb deyə bilər ki, Rəsulun haram etdiyi şeylər də Quranda yer almışdır.
Bu iddia tutarsızdır. Ərəbcədə ayənin حَرَّمَ اللَّهُ وَرَسُولُهُ hissəsindəki وَ (vav) hərfi atif hərfidir. Bu hərf özündən əvvəlki şey ilə sonrakı şeyin fərqli olduğunu göstərir. Özündən əvvəl Allahın haram etdiyi şeylər, sonra isə Rəsulunun haram etdiyi şeylər gəlmişdir. Deməli, Allahın haram etdiyi şeylərlə Rəsulunun haram etdiyi şeylər bir-birindən fərqlidir və hər ikisi eyni yerdə - Allahın kəlamı olan Quranda keçə bilməz.
Bu halda, Rəsulun haram etdiyi şeylər Qurandan fərqli bir yerdə keçməlidir və bu yer də istənilən tarix məlumatından milyon dəfə daha diqqətlicə nəql edilmiş hədis-i şəriflərdən başqa bir yer ola bilməz.
Deməli, Tövbə surəsinin 29-cu ayəsi həm Hz. Muhəmmədin bir şeyi haram etmə səlahiyyətinin olduğunu, həm bu haramların qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir.
Deməli, Tövbə surəsinin 29-cu ayəsi həm Hz. Muhəmmədin bir şeyi haram etmə səlahiyyətinin olduğunu, həm bu haramların qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir.
Digər bir dəlili də paylaşaq:
Casiyə surəsinin 18-ci ayəsində belə buyurulmuşdur: "Sonra səni dində şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!"
Ayədə Peyğəmbərimizə bir şəriətin verilməsindən danışılır. Şəriət Allahın insanın hərəkətlərini düzəltmək üçün qoyduğu qanunlara deyilir. Müasir hüquq sistemində hər cinayət və onun bir cəzası necə bildirilirsə, eyni şəkildə də şəriətdə də ilahi əmrlər, yanlış işlər və onlara müqabil veriləcək cəzalar bildirilir.
Casiyə surəsinin 18-ci ayəsindən bu sual yaranır: Rəsulullaha verilmiş bu şəriət haradadır?
Əsla: "Bu şəriət Qurandadır", - deməyin. Çünki Quranda şəriətə dair həm az sayda hökm var, həm də mövcud hökmlər yetəri qədər açıqlanmayıb.
Məsələn, Quranda oğrunun əlinin kəsilməsindən danışılır. Lakin bu haqda ətraflı məlumat verilmir, əl kəsməyə səbəb olacaq oğurluq dərəcəsindən danışılmır. "Mağazadan bir konfet oğurlayanın da, bir bankı yaranın da cəzası eynidir - əl kəsməkdir?" sualına cavab verilmir.
Və ya içki içmənin qadağan olduğu xəbəri verilir, lakin içki içənin cəzasından danışılmır. Zəkat vermək əmr edilir, lakin hansı mallardan və nə qədər zəkat veriləcəyi barədə məlumat verilmir və s.
Buradan aydın olur ki, Rəsulullaha verilmiş bu şəriət Quranda yer almayıb. Bəs haradadır? Əlbəttə ki, hədis-i şəriflərdədir.
Deməli, Casiyə surəsinin 18-ci ayəsi həm Rəsulullaha verilmiş şəriət hökmlərinin qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir. Əksini iddia edib hədisləri inkar etmək Casiyə, 45/18 ayəsində bildirilmiş şəriətin böyük bir qismini inkar etmək olar.
Göründüyü kimi hədislər də dinin mənbəyidir və hədislərdə qadağan olunmuş şeylər də haramdır!
Quran vəhydir, Allahın sözləridir. Hədislər isə vəhy deyil. Hədislər necə dinin mənbəyi ola bilər?
Bu düşüncə yanlışdır. Peyğəmbərimizə Qurandan əlavə vəhylər də gəlmişdir. Hətta Quranda da Peyğəmbərimizə Qurandan əlavə vəhylərin gəldiyinə dair dəlillər var. Gəlin Təhrim surəsinin 3-cü ayəsi üzərində bir təhlil aparaq:
Ayədə bəyan edilir ki, Peyğəmbərimizin bir xanımına söylədiyi gizli bir sözü o xanımının başqa bir xanımına deməsi Allah tərəfindən Peyğəmbərimizə bildirilmişdi. Məlumdur ki, Allahın peyğəmbərlərinə verdiyi məlumatlar, göndərdiyi əmrlərə vəhylər deyilir. O halda Peyğəmbərimizə Allah tərəfndən: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir vəhy gəlmişdir."Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” -deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah)xəbər verdi!” - deyə cavab vermişdi". (Təhrim, 66/3)
Qurana baxdığımız zaman: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir ayəyə rast gəlmirik. Belə bir vəhyin gəldiyi də Təhrim, 66/3 ayəsi ilə sabitdir. O halda bu məlumat Peyğəmbərimizə Quran xaricində bir vəhylə bildirilmişdir.
Deməli, Allah Peyğəmbərimizə bir sıra qeybə dair olan məlumatları Qurandan əlavə vəhylərlə də bildirib. İstanbulun fəthini xəbər verməsi, Qiyamət əlamətlərini bildirməsi və s. bu qəbildəndir.
Burada bir sual yaranır: Allah Qurandan əlavə göndərdiyi vəhyləri də Quran kimi qorumuşdur?
Bu vəhylərin qorunmadığına dair Quranda bir dəlil olmamaqla birlikdə, əksinə qorunduğuna dair işarələr vardır. Belə ki, "Zikri Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 15/9) ayəsində qorunacaq şeyin vəhy edilmiş Quran yox, vəhy edilmiş zikr olduğu bildirilir. O halda Allahın Peyğəmbərimizə bütün vəhy etdiklərinin zikr kateqoriyasına daxil ola biləcəyini desək, yanlış olmaz. Belə olduqda, Qurandan əlavə göndərilmiş vəhylərin də Allah tərəfindən qorunduğu nəticəsi çıxır.
Bu o deməkdir ki, bəziləri nə qədər pafosla: "Dinin tək mənbəyi Qurandır!" - desə də, əslində, hədislərin də dində bir dəlil olduğu və bunların vəhyə əsaslandığı bildirilmişdir.
Belə olduqda, heç kim: "Quranda qadınların heyz hallarında ibadət etməsini qadağan edən bir ayə yoxdur, onda heyz halında ibadət etmək olar", - deyə bilməz. Çünki dinin tək mənbəyi Quran deyil!
Əlavə məlumat üçün tıklayın: