İbrahim peyğəmbərin səksən yaşında balta ilə sünnət edildiyini bildirən hədis doğrudur?

Bu hədisin keçdiyi mənbələr üçün baxın: Buxari, İstizan, 51, Ənbiya, 8; Müslim, Fəzail, 151, (2370).

Balta şəklində tərcümə olunan "qaddum" sözünün Suriyada bir kənd adı olduğu bildirilir. Belə olduqda hədis: "İbrahim peyğəmbər səksən yaşında ikən Qaddum (və ya Qadum) kəndində sünnət edilmişdir", - şəklində tərcümə oluna bilər. 

Öz uşaqlarını kiçik yaşlarında sünnət etdirdiyi halda İbrahimin (əs) özü niyə səksən yaşında sünnət olunub?

Bildiyimiz kimi, İbrahim peyğəmbərə də başqa peyğəmbərlər kimi həddi-büluğu keçdikdən sonra nübüvvət verilmişdir. Məlumdur ki, bu yaşlarda cinsiyyət orqanı kifayət qədər sərt olur. Bu səbəbdən də Allah Hz. İbrahimin daha az ağrı çəkməsi üçün sünnət olunma əmrini cinsiyyət orqanı dərisinin yumşalacağı qocalıq dövrünə qədər gecikdirmiş ola bilər. Burada heç bir qeyri-adilik yoxdur. 

Digər tərəfdən hədisdəki "qaddum" sözünü balta olaraq başa düşsək və hədisi: "İbrahim peyğəmbər səksən yaşında ikən balta ilə sünnət edilmişdir", - şəklində tərcümə etsək, burada bir qəribəlik yaranar?

Xeyr, çünki Allahın: "Ey İbrahim, sünnət ol", - əmrini eşidər-eşitməz əmrin icrasını gecikdirməmək üçün əlinə keçən ilk alət ilə sünnət olması Xəlilullah adını daşıyan o böyük peyğəmbər üçün çox normaldır. Niyə əlinə keçən ilk alət balta olmasın?

Lakin dediyimiz kimi, hədis: "İbrahim peyğəmbər səksən yaşında ikən Qaddum kəndində sünnət edilmişdir", - şəklində tərcümə oluna bilər.