Bu hədis Buxari və Müslimdə keçir: Buxari, Ənbiya 1, 25; Müslim, Rəda, 63.
Ətin uzun müddət saxlanarsa, iylənməyə başlayar. Tarix boyu insanlar ehtiyacları olduğu qədər əti əldə edib, onlardan idtifadə edirdilər. İsrailoğullarına qədər heç kim əti bir yerə yığıb uzun müddət istifadə etmək məqsədi ilə saxlamamışdır.
Tarixdə ilk dəfə məhz İrailoğulları öz xəsislikləri səbəbindən əti gündəlik istifadədən daha artıq miqdarda götürüb onları bir yerə yığdılar. Əlbəttə ki, bir yerə yığılıb uzun müddət saxlanılan ət bir müddət sonra iylənməyə başlayacaqdı. Elə İsrailoğullarının ehtiyat üçün yığdıqları ət də bir müddət sonra iylənməyə başlayır.
İlk mobil telefonlar Martin Kuperin adı ilə bağlıdır. Birisi: "Martin Kuper olmasa idi, mən telefonsuz qalardım", - desə, siz ona: "Axı sənə mobil telefonunu Martin Kuper almayıb, özün almısan", - deyə bilərsiniz? Əlbəttə, deyə bilməzsiniz. Çünki: "Martin Kuper olmasa idi, mən telefonsuz qalardım", - deyən birinin nəzərdə tutduğu şey: "Martin Kuper olmasa idi, mobil telefon kəşf edilməzdi", - fikridir.
Tarixdə ilk dəfə uzunmüddətli istifadə üçün əti bir yerə yığaraq onun iylənmə xüsusiyyətinin üzə çıxmasına səbəb olmuş insanlar İsrailoğulları olduğundan hədisdə: "İsrailoğulları olmasa idi, ət iylənməzdi", - buyurulmuşdur. Nəzərdə tutulan şey isə: "Xəsis İsrailoğulları olmasa idi, heç kim əti uzun müddət saxlamaz, ət də iylənməzdi", - fikridir.
Burada belə bir sual yarana bilər: Peyğəmbər qeybi bilmirdi. Quranda da əti ilk dəfə İsrailoğullarının bir yerə yığdığına dair məlumat yoxdur. Bəs Peyğəmbər Əfəndimiz (əsm) bunu necə bilə bilər?
Cavabımız belədir: Peyğəmbərimizə gələn vəhylər sadəcə Quran ayələri olmayıb. Qurandan əlavə vəhylər də gəlib. Peyğəmbərimizin qeybə dair verdiyi məlumatlar da bunlara əsaslanır.
Gəlin Təhrim surəsinin 3-cü ayəsi üzərində bir təhlil aparaq:
Qurana baxdığımız zaman: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir ayəyə rast gəlmirik. Belə bir vəhyin gəldiyi də Təhrim, 66/3 ayəsi ilə sabitdir. O halda bu məlumat Peyğəmbərimizə Quran xaricində bir vəhylə bildirilmişdir.
Deməli, Allah Peyğəmbərimizə bir sıra qeybə dair olan məlumatları Qurandan əlavə vəhylərlə də bildirib. İstanbulun fəthini xəbər verməsi, Qiyamət əlamətlərini bildirməsi və s. bu qəbildəndir.

Ayədə bəyan edilir ki, Peyğəmbərimizin bir xanımına söylədiyi gizli bir sözü o xanımının başqa bir xanımına deməsi Allah tərəfindən Peyğəmbərimizə bildirilmişdi. Məlumdur ki, Allahın peyğəmbərlərinə verdiyi məlumatlar, göndərdiyi əmrlərə vəhylər deyilir. O halda Peyğəmbərimizə Allah tərəfndən: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir vəhy gəlmişdir."Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” -deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah)xəbər verdi!” - deyə cavab vermişdi". (Təhrim, 66/3)