İddia:
Quranı kimin izah etməsi məsələsi haqqında bu suala cavab tapmalıyıq: Quranı Allah açıqlayır, yoxsa Peyğəmbərimiz? Quranı Peyğəmbərimizin açıqladığını deyənlərin dəlilləri Nəhl surəsinin 44-cü ayəsidir. Bu ayədə belə buyurulub: "Sənə də Zikri nazil etdik ki, insanlara onlara göndəriləni bəyan edəsən". Burada bəyan etmək şəklində tərcümə etdiyimiz feil "bəyyənə" (بَيِّنَ) feilidir. Bu feil izah etmək mənasında yox, gizlətməmək - açığa çıxarmaq mənasındadır. Belə ki, Ali İmran surəsinin 187-ci ayəsində kitab əhlindən də ayələri "bəyan etməsi" tələb edilmiş, ardınca bunun mənasının gizlətməyib açığa çıxarmaq olduğu bildirilmişdir. Ayə belədir: "Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) insanlar üçün bəyan etməlisiniz, gizlətməməlisiniz!” -deyə əhd almışdı". Deməli, Nəhl surəsinin 44-cü ayəsində Peyğəmbərimizdən ayələri izah etmək yox, gizlətməmək tələb edilmişdir. Bəs ayələri kim açıqlayır? Bunun cavabını Hud surəsinin ilk ayəsindən alırıq: "Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən möhkəmlənmiş, sonra da izah edilmiş bir Kitabdır!" Burada izah etmək şəklində tərcümə olunan feil isə "fəssalə" feilidir. Diqqət edilərsə görüləcəkdir ki, Allah üçün işlənmiş feil olan "fəssalə" feili ilə, Peyğəmbər üçün işlənmiş feil (bəyyənə feili) fərqlidir. Birinin mənası "izah etmək", digərininki isə "gizlətməmək"dir. Deməli, ayələri açıqlamaq səlahiyyəti sadəcə və sadəcə Allaha aiddir, Peyğəmbərin belə bir vəzifəsi yoxdur.
Cavab:
Bəyyənə (بَيِّنَ) feilinin həm gizlətməyib açığa çıxarmaq, həm də izah etmək mənası vardır. Digər bir tərəfdən Hud, 11/1 ayəsində Allah üçün istifadə edilmiş fəssalə feili ilə bəyyənə feilinin fərqli mənalara gəldiyini demək son dərəcə yanlışdır.

- "Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən möhkəmlənmiş, sonra da müfəssəl izah edilmiş (فُصِّلَتْ) bir Kitabdır..." (Hud, 11/1) Göründüyü kimi burada "fəssalə" feilindən istifadə edilmişdir.
- "Biz onu (Quranı) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu açıqlamaq (بَيَانَ) də Bizə aiddir!" (Qiyamə, 75/18-19) Burada isə "açıqlamaq" mənasına gələn "bəyyənə" feilindən istifadə edilmişdir.
Allahın Quran-i Kərimi açıqladığını bildirən ayələrdə fəssalə feili işləndiyi kimi, bəyyənə feilindən də istifadə edilmişdir. Bu da hər iki feilin eyni mənada olduğunun bir dəlilidir.
Bəs "bəyyənə" feilinin nə zaman "açıqlamaq, izah etmək", nə zaman isə "gizlətməyib açığa çıxarmaq" mənalarında olduğunu haradan biləcəyik?
Allahın öz qullarının ilahi kitabları bəyan etmələri haqqında "bəyyənə" feilini işlətdiyi zaman bu sözün hansı mənaya gəlməsi xüsusunda fikir ayrılığının yaranmaması üçün iki şey etdiyinin şahidi oluruq:
- "Bəyyənə" feilinin "izah etmək" mənasına gəlməyib, "açığa çıxarmaq" mənasına gəldiyi yerlərdə bu sözün antonimi (əks mənalı sözü) olan "gizlətmək" sözünü işlətmişdir. Məsələn, Ali İmran surəsinin 187-ci, Maidə surəsinin 15-ci ayələrindəki "bəyyənə" feili "açığa çıxarmaq" mənalarındadır, çünki bu ayələrdə "gizlətmək" sözləri vardır və buradan anlayırıq ki, həmin ayələrdəki "bəyyənə" feili "gizlətmək" sözünün əks mənasında - açığa çıxarmaq anlamındadır. Yəni tərkibində "bəyyənə" feili olan bir cümlədə "gizlətmək" sözü varsa, "bəyyənə" sözünün mənası "açığa çıxarmaq" şəklində olacaq.
- "Bəyyənə" feilinin "izah etmək" mənasına gəldiyi yerlərdə bu sözün antonimi (əks mənalı sözü) olan "gizlətmək" sözünü işlətməmişdir. Məsələn, Bəqərə surəsinin 187-ci və Qiyamə surəsinin 19-cu ayələrindəki "bəyyənə" feili "açıqlamaq, izah etmək" mənalarındadır, çünki bu ayələrdə "gizlətmək" sözləri yoxdur və buradan anlayırıq ki, həmin ayələrdəki "bəyyənə" feili "gizlətmək" sözünün əks mənasında - açığa çıxarmaq anlamında deyil, "izah etmək, açıqlamaq" anlamındadır.
Nəhl surəsinin 44-cü ayəsində "gizlətmək" sözünü görmürük. Deməli, buradakı "bəyan etmək" sözü açıqlayıb izah etmək mənasına gəlir. Deməli, Peyğəmbərimizin təbyin vəzifəsinin mahiyyəti Quranı gizləməmək deyil, ayələri izah etməkdir.