Peyğəmbərimizin cinsi həyatı haqqındakı hədislər necə anlaşılmalıdır?

1. "Peyğəmbər otuz kişinin cinsi gücünə sahib idi". (Buxari, Qüsl, 12)

Bu hədis səhihdir. Lakin bu hədis Peyğəmbərimizə aid bir söz deyildir. Hədisi nəql edən Ənəs b. Malik bu sözü haqqında: "Biz öz aramızda beləcə söhbətləşərdik", - demişdir. Səhabələrin Peyğəmbərimiz haqqında belə bir şey təxmin etməsi Onun (əsm) hər məsələdə başqalarından fərqləndiyi düşüncəsindən irəli gəlir. Bu məlumatın doğru olması da Peyğəmbərimiz üçün bir nöqsanlıq deyildir. 

2. "Hz. Peyğəmbər bir gecədə on bir xanımı ilə ayrı-ayrı cinsi münasibət qurardı". (Buxari, Qüsl, 12)

Bu da yuxarıdakı hədisin bir parçasıdır. Yəni Hz. Ənəsin bir təxminidir. Doğru olub-olmadığını bilmərik, lakin doğrudursa, hər gecə eyni şeyin edildiyi mənasına gəlməz. 

Artıq məlumat videoları yayımlayan YouTube kanallarında belə "Rekor Kırdı ! 13 Eşini Aynı Anda Hamile Bırakan Adam Tarihe Geçti" başlıqlı videolar paylaşılarkən, bu hədis (əvvəlində səhabələrin təxminlərinə əsaslandığı bildirildiyindən) nəyə əsasən tənqid edilə bilər?

3. "Mənə cinsi münasibət mövzusunda qırx kişinin gücü verildi". (Heysəmi, Məcməuz-zəvaid, 8/269)

Bu hədis zəyifdir. Zəyif hədisə əsasən, "Peyğəmbər belə demişdir, belə etmişdir", - demək mümkün deyildir.

4. "Peyğəmbər harada gözəl bir qadın görsə, tez evə gedib xanımı Zeynəb ilə yaxınlaşardı" (Müslim, Nikah, 9)

Bu hədis Müslimdə üç cür qeyd edilmişdir. Hər üçünü də əsl ravisi Əbu Zübeyr Hz. Cabirdən nəql etmişdir.

Birincisində, "qadın şeytan surtində gələr, şeytan surətində gedər. Əgər biriniz bir qadın görsə öz xanımına getsin. Bu onun içindəki duyğuların öhdəsindən gələr" şəklində bir əlavə vardır. İkincisi yuxarıdakı rəvayətdir.

Üçüncüsündə sadəcə bunlar qeyd edilib: "Əgər biriniz bir qadın görsə və bu onun qəlbində yer alsa, öz xanımına getsin. Bu onun içindəkiləri aradan qaldırar".

Eyni ravinin Hz. Cabirdən etdiyi üç hədis arasındakı belə fərqlər bəzi ifadələrin yanlışlıq nəticəsində yarandığı ehtimalını ortaya qoyur.

Belə mühüm, insanları zinaya yönəldə biləcək bir məsələdə canlı bir örnək olması baxımından Peyğəmbərimiz hədisdəki kimi bir iş görmüş ola bilər. 

Ətraflı məlumat üçün baxın: