Bəqərə surəsinin 106-cı ayəsində belə buyurulmuşdur: "Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!"
Bu ayənin Quranın Tövratı və İncili nəsx (ləğv) etməsi haqqında nazil olduğunu deyənlər var. Lakin ayədəki مِنْ آيَةٍ hissəsindəki nəkrə ümumilik ifadə edir. Yəni buraya hər cür ayə, habelə Quran ayələri də daxildir. Deməli, istənilən ayə unutdurula və ya nəsx edilə bilər.
Rəcm ayəsi də belədir. Əvvəllər mövcud olmuş bu ayənin mətni sonradan nəsx edilmişdir. Mətni nəsx edildiyindən artıq onu ayə adlandırmaq yanlışdır. Mətni nəsx edildikdən sonra da, Peyğəmbərimiz zina etmiş evliləri rəcm etmişdir. Bu səbəbdən də Həşr, 59/7 ayəsində deyildiyi kimi Rəsulun verdiyi alınmış, sonrakı nəsillər tərəfindən də rəcm cəzası tətbiq edilmişdir.
Yəni ayə keçi yediyinə görə nəsx olmamışdır. Nəsx olduğundan artıq onun ayə hesab edilməsi doğru deyildi. Buna görə də Hz. Aişə onu yatağının altına qoymuşdur. Hədisdə deyildiyi kimi də ac bir keçi gəlib əvvəllər ayə olmuş, sonralar mətni ləğv edilmiş bu yazının olduğu materialı yemişdir. Burada böyüdüləcək heç bir şey yoxdur.
Əsl ağılsızlıq ayənin ləğv olma səbəbini keçinin yeməsi olduğunu bildirən reformist ilahiyyatçıların sözünə inanıb, işin əslini araşdırmadan iftiraya baş vurmaqdır!