Meracı inkar edənlərin sözlərinə cavablar...

İddia:
Merac haqqında hədis sadəcə Ənəs b. Malikdən nəql edilmişdir. Bir nəfərfən nəql edilən hədisə niyə etibar edib Meraca inanaq? Hələ Ənəs b. Malik o vaxt Məkkədə deyildi.

Cavab:
1. Kəttani Merac haqqındakı hədisləri toplamış və Merac haqqındakı hədislərin 45 ayrı səhabədən nəql edildiyini müəyyənləşdirmişdir. Yəni bu hədisin sadəcə Ənəs b. Malikdən (ra) rəvayət edildiyini demək yanlışdır. Bununla bərabər tək səhabədən belə olsa səhih sənədlə gələn hər bir hədis bizim üçün dəlildir. Ətraflı məlumat üçün mərhum İbrahim Cananın kitabına buraya tıklayın.

2. Merac sadəcə hədislərlə yox, eyni zamanda ayələrlə də xəbər verilmişdir. Hədis inkar edilsə belə, Meracın varlığı inkar edilə bilməz.

3. Səhabələr şahidi olmaqdıqları olayları ya şəxsən sonradan Peyğəmbərdən eşitdiklərindən, ya da başqa səhabələrdən dinlədiklərindən nəql edərlər. Hədisin sənədində (عن أنسٍ رَضِيَ اللَّهُ عَنه عَنْ مَالِكِ بْنِ صَعْصَعةَ رَضِيَ اللَّهُ عَنه) göründüyü kimi Ənəs (ra) bunu Malik b. Sa'saadan nəql edir.

İddia:
Merac yuxuda baş vermişdir.

Cavab:
Meracdan bəhs edilən Nəcm surəsinin 17-ci ayəsində: "Göz nə, nə də uzağa getdi", - buyurulmuşdur. Göz bədənin bir orqanıdır. Onda Merac bədənlə olmuşdur və yuxu deyildir. Əlavə məlumat üçün İsra, 17/60 haqqındaki izahlarımıza baxıla bilər.

İddia:
İsra surəsinin 93-cü ayəsində müşriklər Peyğəmbərimizdən göyə çıxmasını tələb etmişdirlər. Əgər Merac olsa idi, müşriklər belə bir şey tələb etməzdilər. 

Cavab:
Möcüzələr iki kateqoriyaya ayrılır: dünya imtahanının mənasını pozmayan möcüzələrpozan möcüzələr.

Əgər möcüzəyə sehr demək, onu yalan saymaq və s. növlərlə bunu inkar etmək olursa, belə möcüzələri dünya imtahanının mənasını pozmayan möcüzələr kateqoriyasına aid etmək olar. Məsələn, ayın yarılmasına: "Sən bizim gözümüzü boyadın, əslində ay yarılmayıb, ancaq bizə belə göstərdin", - şəklində etiraz etmək olardı. Bu çeşid möcüzələri inkar edən topluluq həmin an həlak edilməz. 

Əgər möcüzə inkar edilə bilinməyəcək dərəcədə açıq olursa, belə möcüzələri dünya imtahanının mənasını pozan möcüzələr kateqoriyasına aid etmək olar. Belələrini heç cür inkar etmək mümkün olmaz. Məsələn, Musa peyğəmbərin əsasını daşa vurması nəticəsində oradan su çıxması (Bəqərə, 2/60) imtahan sirrini pozacaq dərəcədə açıqdır. Çünki suya əlini vuran, yaxınlaşıb yoxlayan bunun sehr olmadığını anlayar. İmtahan sirrini pozan möcüzələr əsla kafirlərə göstərilməz, bəzən müsəlmanlara göstərilər. Bu çeşid möcüzələri inkar edən topluluq həmin an həlak edilər.

Daha əvvəlki peyğəmbərlərə imtahan sirrini pozan möcüzələr verilmişdir. Çünki həmin möcüzəni inkar edən topluluq həlak edilsə belə, daha sonra göndəriləcək peyğəmbərlər vasitəsilə təbliğ davam etdiriləsi idi. Bizim peyğəmbərimizə (əsm) isə imtahan sirrini pozan möcüzələr verilməmişdir. Belə ki, həmin möcüzələri inkar edən topluluq həmin an həlak edilməli idi və müşriklər həlak edilsə idilər təbliğ edəcək adam qalmayacağından avtomatik olaraq təbliğ vəzifəsi sonlanası idi. Beləcə, son peyğəmbərin göndərilməsinin mənası qalmazdı.

Bu səbəbdən açıq-aşkar insanların önündə göyə çıxmaq (İsra, 17/90-93) tipli möcüzələr daha əvvəlki ümmətlərin onları inkar etmələri səbəbindən hələk olduqları üçün göndərilməmiş (İsra, 17/59), beləcə təbliğ vəzifəsi sonlandırılmamışdır. 

Merac möcüzəsi isə imtahan sirrini pozan möcüzə deyildir. Çünki onu: "Yalan deyirsən!" - deyib inkar etmək olardı. Bu səbəblə də Meracın İsra surəsinin 93-cü ayəsi ilə ziddiyyət təşkil etdiyini deyənlər dünya imtahanının mənasını pozmayan möcüzələr və pozan möcüzələri bir-biri ilə qarışdıranlardır.

İddia:
Nəcm surəsi Meracın baş verdiyi iddia edilən ildən çox əvvəl nazil olmuşdur.

Cavab:
Nəcm surəsinin ilk 18 ayəsinin, xüsusən də 13-18-ci ayələrinin Merac haqqında nazil olması hamı tərəfindən qəbul edilən bir reallıqdır. Bu surənin Meracdan əvvəl nazil olması haqqında Meracdan sonra nazil olması barədə olan dəlillər qədər möhkəm dəlillər yoxdur. Əlavə məlumat üçün buraya tıklayın.

Gəlin Meracı inkar edənlərin sözlərinə verdiyimiz cavabları burada yekunlaşdıraq və aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəyə keçək...