Qəbir əzabının olduğuna dair dördüncü dəlil...

Ənam surəsinin 93-cü ayəsində belə buyurulmuşdur: "... Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - dediklərini görəydin!"

Ayədə zalımların ölüm anlarından bəhs edilməkdədir. Burada mələklərin onlara dedikləri sözlər daha çox diqqəti cəlb edir. Mələklər zalımlara: "Siz bu gün cəzalandırılacaqsınız", - demişidirlər.

Min il əvvəl ölmüş bir zalıma da, on il əvvəl ölmüş bir zalıma da: "Bu gün cəzalanacaqsan", - deyilib və hələ də Qiyamət qopmayıb. Bu halda həmin cəza Cəhənnəm əzabı ola bilməz. Çünki Cəhənnəm əzabı Qiyamətin qopmasından sonra baş verəcəkdir. Deməli, bu əzab qəbir əzabıdır.

Qəbir əzabı inkar edildiyi təqdirdə, mələklərin buradakı bu gün sözləri izah oluna bilməz.

Gəlin qəbir əzabının olduğuna dair dördüncü dəlilimizi burada yekunlaşdıraq və növbəti dəlilimizə keçək...