Yusif surəsinin 93-96-cı ayələrində xəbər verilmiş hadisə də təbərrükün caiz olduğuna bir dəlildir. Belə ki, oğlundan ayrılığın acısı ilə gözlərini itirən Hz. Yaqubun bu halını uzun müddət sonra qardaşlarından xəbər alan Yusif (əs) belə deyir: "Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o (yenidən) görməyə başlayar". (Yusif, 12/93)
Daha sonra köynək gətirilib Yaqub peyğəmbərin gözünə sürtüldüyü zaman, həqiqətən də, onun görmə qabiliyyəti bərpa olunur. (Yusif, 12/96)
Burası aydındır ki, köynək ilə görmə qabiliyyti arasında heç bir fiziki bağ yoxdur. Ancaq Hz. Yusif öz köynəyi ilə atasının təbərrük etməsini istəmiş, Hz. Yaqub da bunu etdikdən sonra Allahın (cc) izni ilə gözləri açılmışdır.
Bütün bu izahlardan sonra təbərrükün şirk olduğunu və Peyğəmbərimizin saqqalında bərəkət olmadığını deyənlərə bəzi suallarımız var:

- Təbərrük şirkdirsə, Hz. Yusif bunu bilmirdimi və atasını şirkəmi dəvət etmişdir?
- Deyək ki, Hz. Yusif bunun şirk olduğunu bilmirdi. Bəs Hz. Yaqub niyə: "Təbərrük şirkdir, mən köynəyi gözümə sürtmərəm, əvəzində Allaha dua edərəm", - deməmiş, əksinə köynəklə təbərrük etmişdir? Təbərrükə şirk deyərək iki böyük peyğəmbəri kafirliklə (haşa) ittiham etdiyinizin fərqindəsinizmi?
- Görəsən, aləmlərə rəhmət olaraq göndərilmiş bir Peyğəmbərin (əsm) saçının, saqqalının Allah qatında bir bez parçası olan köynək qədər dəyəri yoxdurmu ki, saqqal-i şərifdə bərəkət olmasın?
Gəlin təbərrükün yanlış olmadığına dair Quran-i Kərimdən ikinci dəlilimizi burada yekunlaşdıraq və üçüncü dəlilimizə keçək...