İsra surəsinin 1-ci ayəsində belə buyurulmuşdur: "Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir".
Təbərrükü inkar edənlər əşyanın mübarək ola bilməyəcəyini deyirlər.
İsra surəsinin 1-ci ayəsində Allah Məscid-i Əqsanın ətrafının bərəkətli, mübarək olduğunu xəbər verir. İndi təbərrükü inkar edənlərə bəzi suallarımız var:

- Siz əşyanın mübarək ola bilməyəcəyini deyirsiniz. İsra surəsinin ilk ayəsini heç oxumamısınızmı?
- Allah Məscid-i Əqsanın ətrafının bərəkətli olduğunu söyləyir. Görəsən, Peyğəmbərimizin mübarək saqqalının, saçının bir parça torpaq qədər dəyəri yoxdurmu ki bərəkətsiz olsun?
Gəlin təbərrükün yanlış olmadığına dair Quran-i Kərimdən üçüncü dəlilimizi burada yekunlaşdıraq və dördüncü dəlilimizə keçək...